Boris Conson istefaya göndərilə bilər

Boris Conson istefaya göndərilə bilər

Böyük Britaniyada hökumət üzvlərinin və Mühafizəkarlar Partiyasının rəhbərliyinin pandemiya zamanı ziyafətlərə ev sahibliyi etməsi faktı araşdırılır.

SİA xəbər verir ki, Leyboristlər Partiyası şayiələr doğru olacağı təqdirdə, Boris Consonu istefaya çağırıb.

Boris Conson 2020-ci ilin noyabr və dekabr aylarında pandemiyanın ikinci dalğasının ortasında “Downing Street”də ziyafətin olmadığına arxayın olduğunu, lakin belə faktlar üzə çıxarsa, təşkilatçıların məsuliyyətə cəlb ediləcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə