UNICEF-in yeni rəhbəri bəlli oldu

UNICEF-in yeni rəhbəri bəlli oldu

Amerikalı Ketrin Rassel Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) yeni icraçı direktoru olub.

SİA xəbər verir ki, иu barədə cümə günü brifinqdə BMT baş katibinin nümayəndəsi Stefan Dücarrik bildirib.

“UNICEF-in İcraiyyə Şurası ilə məsləhətləşmələrdən sonra BMT-nin baş katibi Antonio Quterreş fondun yeni direktoru vəzifəsinə ABŞ-dan olan Ketrin Rasselin təyin olunduğunu elan edib”, - deyə Ducarrik vurğulayıb.

Xatırladaq ki, bunadək qeydolunan vəzifəni 2018-ci ilin yanvarından UNICEF-ə rəhbərlik edən Henrietta For tutub.

Onu da xatırladaq ki, Ketrin Rassel yeni təyinatına qədər ABŞ prezidenti Cozef Baydenin köməkçisi vəzifəsini icra edib.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə