"Rusiya ilə dialoqa hazırıq..."

NATO Baş katibi Yens Stoltenberq alyansın əvvəlkitək Rusiya ilə dialoqa hazır olduğunu bildirib. SİA bu barədə rus mətbuatına istinad edir.

“Bu böhran diplomatik və siyasi həll tələb edir. Biz Bayden və Putin arasındakı dialoqu alqışlayırıq”, - deyə Y.Stoltenberq bildirib.

Qeyd edək ki, ABŞ mətbuatı Prezident Co Bayden administrasiyasının Rusiya və NATO nümayəndələri ilə hər hansı bir görüş keçirməzdən əvvəl Brüssel və Moskva ilə bir sıra məsləhətləşmələr aparılacağını yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə