Livanda qaçqın düşərgəsində partlayış olub...

...xəsarət alanlar var
Livanda qaçqın düşərgəsində partlayış olub...

Livanın cənubundakı Burj əl-Şimali fələstinli qaçqın düşərgəsində bir neçə güclü partlayış baş verib.

SİA xəbər verir ki, partlayışlara Fələstinin HƏMAS hərəkatına məxsus silah anbarında baş verən yanğın səbəb olub.

İlkin məlumata görə, ölən olmayıb, 12 nəfər xəsarət alıb, onlardan bir neçəsinin vəziyyəti ağır olduğundan xəstəxanaya çatdırılıb.

Livan ordusu partlayış baş verən ərazini mühasirəyə alıb. Hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım maşınları gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə