Sudanda qaçırılan Türklər xilas edilib

Sudanda qaçırılan Türklər xilas edilib

Sudanın qərbində yerləşən Şimali Darfur əyalətində iki gün əvvəl oğurlanan Türkiyə vətəndaşları Sudan təhlükəsizlik qüvvələrinin təşkil etdiyi əməliyyat nəticəsində xilas edilib.

SİA TRT telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xartum səfiri İrfan Neziroğlu məlumat yayıb. Bildirib ki, Faşir şəhərində işlədikləri elektrik stansiyasından evə qayıdarkən qaçırılan mühəndis Fırat Can Baran və Ömər Cünedioğlu, Sudan təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində xilas edilib.

Xatırladaq ki, Somalidə Şimali Darfur əyalətinin Faşir şəhərində yerləşən Türkiyə elektrik stansiyasında işləyən iki Türkiyə vətəndaşı və onların sudanlı sürücüsü dekabrın 7-də axşam radələrində naməlum şəxslər tərəfindən qaçırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə