Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlərdən məsul üzvü Ylva Johansson, alyansa üzv 15 ölkənin ümumilikdə 40 min əfqanı qəbul edəcəyini açıqlayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.
Ylva Johansson, Aİ Ədliyyə və Daxili İşlər Nazirləri toplantısından sonra təşkil etdiyi mətbuat konfransında alyansın 40 min Əfqan miqrantın qəbul edilməsinə dair qərarını yüksək qiymətləndirib və bunun təsirli həmrəylik nümunəsi, Qeyri-qanuni miqrasiyanın qarşısının alınması və Aİ-na qanuni girişə sərmayə qoyuluşu istiqamətində atılmış mühüm addım olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB