Erməni “kişi”lərin bu istiqamətə cəlb edilməsinin vacibliyi...

Artakın sevinci böyükdür....erməni qadınları da artıq son zamanlar dünyaya uşaq gətirməyə başlayıblar
Erməni “kişi”lərin bu istiqamətə cəlb edilməsinin vacibliyi...

Budur, “köhnə dostumuz”, ermənilərin bütün sahələr üzrə “səlahiyyətli dövlət naziri” seçdikləri Artak Beqlaryan yenidən peyda olub. Özü də həmişə olduğu kumu, bu dəfə də “gözəl” təklifləriylə...

“...Rusiya sülhməramlı kontingenti qeyri-müəyyən müddətə Dağlıq Qarabağda qalmalıdır”.

Hər şeydən əvvəl deyim ki, bunu ötən gün İrəvanda keçirilən mətbuat konfransında Artak Beqlaryan deyib.

Təbii ki, o bunları deyərkən səbəbini, mən deyərdim ki, bütün xırdalıqlarına qədər ermənilərə başa salmağa çalışıb.

Yox, insafla desək, o erməni spiker Alan Simonyan kimi ermənilərə qarşıdakı 50 il üçün bədbinlik proqnozu verməyib. Amma buna baxmayaraq, o, bərayi-ehtiyatı nəzərə alıb ermənilərə rusların ətəyindən müəyyən müddətə qədər möhkəm yapışmağı məsləhət görüb. Dediyimiz kimi, səbəbini də göstərib...yəni bizlərdə də deyildiyi kimi, “...erməniyə “dayı” de, işin ötənə qədər”.

"...Bakının destruktiv mövqeyini(?) nəzərə alsaq, münaqişənin tez bir zamanda həllinin mümkün olmayacağı aydın olur və ona görə də ermənilərin beynəlxalq təhlükəsizlik təminatlarına ehtiyacı var”.

Təbii ki, hazırkı məqamda Beqlaryan onların təhlükəsizliyini təmin edəcək qüvvə kimi, ancaq “rus sülhməramlıları”nı görür. Əslində, düz də eləyir. Cünki o da bəzi həmkarları kimi, bu gün ruslarıdan başqa heç kimin onları qanadı altına alcağına inanmır. Amma o da bzi ermənilər kimi, rusların onları “əzizlədiklərinin” nə vaxtsa sonunun çatacağını da yaxşı qanır.

Bu arada xatırladaq ki, bir müddət bundan əvvəl İrəvanın mərkəzində xeyli ermənini başına yığıb Rusiyaya qarşı sərt fikirlər səsləndirən Vahe Qasparyana neylədilər? Təbii ki, heç nə və hətta bəzi ermənilərin Vaheni alqışlamasına baxmayaraq, ruslar onun qarışığını vermədilər.

Təbii ki, bu rusların ermənilərə, onların “sədaqətinə” olan sevgidən irəli gəlmir. Etiraf edilməlidir ki, bunu Artak Beqlaryan İrəvanda keçirdiyi mətbuat konfransında da etiraf edib.

...Onu da qeyd edək ki, Artakın erməni jurnalistlərə çatdırdığı ən sevindirici xəbər kimi mən onun rus sülhməramlılarının bu ərazilərə gəlişindən sonra erməni ailələrindəki demoqrafik artımın müsbətə doğru istiqamət alması ilə bağlı səsləndirdiyi fikri görürəm.

Belə ki, Artakın dediyinə görə, artıq Qarabağdakı ərli, ərsiz, dəxli yoxdur, bütün erməni qadınları artıq dünyaya uşaq gətirməyə başlayıblar.

...Nə gözəl, amma onu da deyim ki, Beqlaryan irad kimi, bu məsələlərə təkcə maddi deyil, həm də mənəvi dəstək olmaqla erməni “kişi”lərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə