Avstriyada koronavirus peyvəndi məcburi hala salınıb

Avstriyada koronavirus peyvəndi məcburi hala salınıb

Avstriyada hökumət məcburi peyvəndlərə keçərkən peyvəndi gecikdirənlər hər 3 aydan bir 3600 avro cərimə ödəyəcək. SİA xarici mətbuata istinadən bildirir ki, Avstriyada hökumət Covid-19 tədbirlərini sərtləşdirməyə başlayıb.

Covid-19 peyvəndini məcburi hala gətirməyi planlaşdıran hökumət, 14 yaşdan yuxarı peyvənd edilməyi gecikdirən şəxslərə hər 3 ay üçün 3,600 avro cərimə ödəməyi ehtiva edən yeni tənzimləməni tətbiq etməyə hazırlaşır. Hökumət, 3 həftə əvvəl rekord rəqəmlərə çatan Covid-19 epidemiyasında 4-cü komendant saatını elan etdi və bunun Avropa Birliyi ölkələri arasında peyvəndi məcburi edən ilk ölkə olacağını açıqlayıb.

Peyvənd öhdəliyi qərarının parlamentin təsdiqindən sonra 2022-ci ilin fevralından 2024-cü ilin yanvarına qədər həyata keçirilməsi gözlənilir. Hər iki müxalifət partiyasının dəstəklədiyi yeni tənzimləmənin asanlıqla parlamentdən keçə biləcəyi düşünülür. Hamilə qadınlar və səhhətinə görə peyvənd edilməli olan şəxslər peyvənd öhdəliyindən azad olunacaqlar. Məlumdur ki, Avstriyada əhalinin təxminən 68 faizi Covid-19-a qarşı peyvənd olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə