"Yaxın gələcəkdə Tehranın nüvə proqramı ilə bağlı aparılan diplomatik danışıqlar uğursuz olarsa, ABŞ hökuməti İranın gəlir mənbələrini məhdudlaşdırmağa yönəlmiş yeni tədbirlər görəcək”.
SİA xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtonda keçirilən brifinqində deyib.
“Biz hesab edirik ki, diplomatiya nüvə böhranından qaçmağın ən yaxşı yoludur. Bununla belə, İranın nüvə proqramındakı hazırkı irəliləyişləri nəzərə alaraq, prezident öz köməkçilərinə diplomatiyanın nəticə verməyəcəyi təqdirdə başqa variantlara keçməli olacağımız ehtimalına hazırlaşmağı tapşırıb. Nəticədə bizim İranın gəlir gətirən sektorlarına əlavə məhdudiyyətlər tətbiq etmək üçün növbəti tədbirlər görməkdən başqa çarəmiz qalmayacaq”, – deyə o, qeyd edib.
Ağ Evin sözçüsü əlavə təfərrüatları açıqlamaqdan imtina edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB