İsrail hökuməti koronavirusun yeni "omikron" ştammı ilə əlaqədar noyabrın 29-da tətbiq edilmiş məhdudiyyətlərin müddətini uzadıb.
SİA xəbər verir ki, "omikron"la əlaqədar Ben Qurion hava limanının fəaliyyətinə tətbiq edilmiş məhdudiyyət, əcnəblilərin ölkəyə girişinə qadağa və İsrail vətəndaşlarının ölkəyə qayıtdıqdan sonra məcburi karantinə yerləşdirilməsi 10 gün müddətinə uzadılıb.
Belə ki, ilk dəfə tətbiq edilən zaman dekabrın 12-dək nəzərdə tutulan mhdudiyyətlər dekabrın 23-ü bitəcək.
Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB