“...Hərbi hissələrin yerdəyişməsi adi təcrübədir"

Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyadan Ukraynaya hücum iddialarına münasibət bildirib
“...Hərbi hissələrin yerdəyişməsi adi təcrübədir"

Rusiyanın Baş Qərargah rəisi, general Valeri Gerasimov Rusiyanın Ukraynaya hücum etməyə hazırlaşması ilə bağlı iddiaları təkzib edib.

SİA xəbər verir ki, bu barədə Baş Qərargah rəisi Moskvada xarici dövlətlərin hərbi attaşelərinin iştirak etdiyi brifinqdə bildirib.

"NATO ölkələri Rusiya qoşunlarının ölkəmizdəki hərəkətliliyinə fövqəladə əhəmiyyət verir. Hərbi fəaliyyət bizim milli ərazimizdə həyata keçirilir və bildiriş tələb olunmur. Təlim zamanı hərbi hissələrin yerdəyişməsi adi təcrübədir. Mətbuatda yayılan Rusiyanın Ukraynaya hücumu ilə bağlı iddialar yalandır", - deyə Valeri Gerasimov deyi

Yeri gəlmişkən, Gerasimov Ukrayna rəhbərliyinin Donbas problemini güc yolu ilə həll etmək üçün hər hansı təxribatçı addımının qarşısı alacaqlarını da da istisna etməyib.

Əli

Bütün xəbərlər Facebook səhifəmizdə