Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Cozef Baydenlə telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu bildirib.
SİA xəbər verir ki, bu barədə Ukrayna prezidentinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib.
“Bu gün həmçinin Ukrayna prezidentinin Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğu açıqlanıb. Ukrayna tərəfi bu danışıqlara hazırdır, müvafiq mövqeyə malikdir və ümid edirik ki, o cümlədən tərəfdaşlarımızın dəstəyi ilə belə bir danışıq baş tutacaq”, – deyə o, qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB