Britaniyada "omikron"a yoluxma halları artır

Britaniyada "omikron"a yoluxma halları artır

Böyük Britaniyada ötən sutka ərzində koronavirusun yeni "omikron" ştammına 249 yoluxma halı qeydə alınıb.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə bu ştamma yoluxanların sayı 817 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ümumilikdə koronavirusa 50 867 yoluxma, 148 ölüm halı qeydə alınıb.

Böyük Britaniyada koronavirusa yoluxanların ümumi sayı 10 660 981 nəfərə çatıb. Hazırkı dövrədək koronavirusdan 146 135 nəfərə vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə