Türkiyə İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Parlament Birliyinin (İSİPAB) 16-cı Konfransına ev sahibliyi edir.
SİA xəbər verir ki, Konfrans Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılığı ilə 9-10 dekabr tarixlərində İstanbulun Dolmabaxça Sarayında keçirilirş
İlk gün səhər İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Parlament Birliyi İcra Komitəsinin 46-cı iclası olacaq.
"Paylaşma, Vicdan və İslam: Fələstin, Köç və Əfqanıstan" Türkiyənin dövri sədrliyini Burkina Fasodan alacağı bu konfransın devizidir.
İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Parlament Birliyinin üzvləri və müşahidəçi ölkə parlamentlərindən tədbirdə 38-ə yaxın heyət olacaq.
Konfransda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, İran İslam Müşavirə Məclisinin sədri Məhəmməd Bağır Xalibaf, Birləşmiş Ərəb Əmirlikləri Milli Şurasının sədri Saqr Xobaş, Misir Nümayəndələr Məclisinin sədr müavini Əhməd Səəd əl-Din də iştirak edəcək.
İslam Əməkdaşlıq Təşkilatı Ölkələri Parlament Birliyinin 16-cı Konfransının 10 dekabr açılış iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək və nitq söyləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB