"Rəsmi Paris Şengen zonası qaydalarını dəyişmək niyyətindədir”.
SİA xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron ölkənin 2022-ci ilin yanvarında başlayacaq Avropa İttifaqı Şurasına sədrliyinə həsr olunmuş mətbuat konfransında bildirib.
Fransa lideri deyib ki, birinci istiqamət Şengen zonasının siyasi idarə olunmasıdır ki, bunun üçün Aİ-nin xarici sərhədlərində nəzarəti gücləndirmək və onların mühafizəsini təmin etmək üçün xüsusi təşkilat yaradılacaq. Onun sözlərinə görə, bununla bağlı müvafiq nazirlərin görüşləri də keçiriləcək.
Makron bildirib ki, ikinci istiqamət sərhəddə böhran zamanı təcili dəstək mexanizminin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB