Kanadanın Monreal şəhərindəki məktəblərin birində insident baş verib.
SİA xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.
Belə ki, şagirdi müəllimə hücum edərək onu naməlum kəsici-deşici alətlə yaralayıb. Hadisə dərs zamanı baş verib. Xəsarət alan 40 yaşlı kişi bədəninin yuxarı nahiyəsindən kəsilmiş xəsarətlər alıb.
16 yaşlı məktəbli təhsil müəssisəsinin yaxınlığında polis tərəfindən saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB