Polşa prezidenti müraciət edib BELARUSLARA

Polşa prezidenti müraciət edib BELARUSLARA

Polşa prezidenti Anjey Duda belaruslara söz verib ki, onun ölkəsi “demokratiyanın ilhamvericisi” olaraq qalacaq. SİA xəbər verir ki, Anjey Duda bu sözləri ABŞ-ın sponsorluğu ilə keçirilən Demokratiya Sammitində söyləyib.

"Mən belaruslu qardaşlarımıza bəyan edirəm ki, Polşa demokratiyanın ruhlandırıcısı olaraq qalacaq və Polşanın şərqində məni hər yerdə eşitmələrini istəyirəm. İnanıram ki, 1995-ci il təvəllüdlü, bir saniyə belə diktatura altında yaşamamış qızım və onun belaruslu həmyaşıdı, hansıki heç vaxt azad seçkilər görməyib, bunlar bərabər hüquqlu iki bərabər fərddir”, deyə Polşa prezidenti Demokratiya Sammitində bildirib.

“Polşa Respublikasının Prezidenti kimi bəyan edirəm ki, biz 180 min nəfəri Polşada iş və ya sığınacaq tapmış belaruslara qardaş və ən xoş qonaqlar kimi yanaşacağıq”, deyib Polşa prezidenti Anjey Duda.

Xatırladaq ki, Belarusla Qərb ölkələri arasında münasibətlər respublikada 2020-ci ilin avqustunda keçirilən və Aleksandr Lukaşenkonun altıncı dəfə qalib gəldiyi prezident seçkilərindən sonra kəskin şəkildə pisləşib. Ölkədə icazəsiz kütləvi etiraz aksiyaları başlayıb və bu aksiyalar digərləri ilə yanaşı, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən xüsusi texnika və xüsusi vasitələrin köməyi ilə yatırılıb. Fevralın 11-də Belarus DTK-sı etirazların təzahürlərinin praktiki olaraq yoxa çıxdığını elan edib. Belarus hakimiyyəti dəfələrlə bəyan edib ki, ölkədəki etiraz aksiyaları xaricdən əlaqələndirilir. Lukaşenko Qərbi respublikadakı vəziyyətə birbaşa müdaxilədə ittiham edib və qeyd edib ki, iğtişaşları ABŞ idarə edir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə