ABŞ prezidenti Co Bayden enerji qiymətlərinin düşməsi səbəbindən inflyasiyanın yaxın həftələrdə yavaşlamasını gözlədiyini bildirib. SİA xəbər verir ki, Bayden bunu yazılı açıqlamada bıyan edib.
O, qeyd edib ki, oktyabr ayında ABŞ-da inflyasiya 30 ildən artıq bir rekorda çatıb və illik ifadədə 6,2% olub.
"Sabah, cümə günü istehlak qiymətləri ilə bağlı hesabat alacağıq. Ekspertlər qismən də enerji və işlənmiş avtomobillərin qiymətinin yenidən bahalaşacaqlarını deyirlər. Xoşbəxtlikdən enerji qiymətləri ucuzlaşıb", deyə Bayden yazılı açıqlamasında bildirib.
O, bu həftə təbii qaz qiymətlərinin noyabr ayının orta göstəricisindən 25% aşağı olduğunu və ABŞ-ın bir sıra ştatlarında benzinin qiymətlərinin enməyə başladığını bildirib.
“Noyabrda enerji sektoru ilə bağlı sabah açıqlanacaq məlumatlar bugünkü reallığa uyğun gəlmir, nə də bu, yaxın həftələrdə və aylarda, məsələn, avtomobil bazarında gözlənilən qiymət endirimlərini əks etdirmir”, deyə Bayden qeyd edib.
"Biz yüksək qiymətlərlə mübarizə aparmaq üçün görə biləcəyimiz konkret tədbirlərə diqqət yetirməliyik", deyə ABŞ prezidenti əlavə edib.
O, həmçinin pandemiyadan sonra iqtisadi canlanma səbəbindən işsizlik müraciətlərinin sayında kəskin azalma olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB