Sarkisin çağırışına Alenin "hörmətsizliyi"...

“...Bu şəraitdə vətəndaş nə etməlidir, təbii ki, ölkədən qaşmağı fikirləşməlidir. Təəssüf ki, getdikcə daha çox insan bu həlli yeganə çıxış yolu kimi görür”. Bu əsil səmimi erməni etirafıdır, aşağıdakı isə...

“...Erməni uşaqları, qadınları və qocalarının həyatı mənim üçün öz həyatımdan daha qiymətlidir” deyən “vətən təəssüfkeşi” Sarkis Tsaturyandan fərqli olaraq, İrəvanın mərkəzində oturub, özündən əlavə qardaşını belə tender qalibi edən parlanent spikeri Alen Simonyanıın “...bu əsirlər artıq mənim üçün heç bir önəm kəsb etmir” deməsini ermənilər hələ ki, həzm edə bilməyiblər.

Hələ bunlar bir yana, onun “qəhrəman” erməni əsirlərini fərarilik və qorxaqlıqda ittiham etməsi isə “böyük erməni tarixçi alimi” Sarkis Tsaturyana, onun hələ də öz “effektivliyini itirməyən humanist çağırışlarına” hörmətsizlik kimi qəbul edilməlidir.

Yəqin yadınızda olar, hələ ötən ilin sentyabrında Moskvada oturub dünya ermənilərini Qarabağda döyüşlərə qatılmağa səsləyən Tsaturyan ermənilərin necə döyüşkən bir xalq olduğunu dünyaya necə tanıtmışdısa, sonradan ermənilər bir-birlərinə “ehtiyatla” yanaşmağa başlamışdılar.

Amma nə təəssüflər ki, erməniləri “mütəşəkkil şəkildə” döyüşlərə səfərbər edən Sarkis sonradan şəxsi işinin çıxması səbəbindən özü həmən döyüşlərə qatıla bilmədi. Bundan əlavə, belə görünür ki, onun apardığı təbliğat da bir kara gəlmədi və əksinə “qəhrəman erməni ordusu”ndakı fərariliyə rəvac verdi.

Bu gün isə daha az pis olanı seçməyə məcbur olan ermənilər “seçdiklərinə” bəzi istisnalarla qane olmağa belə razıdırlar.

Amma bunun “biabırçılıq” olduğunu deyib və buna son qoyulmasını da istəyirlər. Belə ki, onların dediklərindən belə başa düşülür ki, guya bu gün Ermənistandakı siyasi həyat getdikcə orta səviyyəli aktyorun son dərəcə səviyyəsiz bir tamaşa götərməsinə bənzəyir. Belə görünür ki, ermənilər bunula da barışmağa hazırdırlar.

Amma Alen Simonyanın könüllü olaraq, heç olmasa reputasiyaya bənzər bir şeyi qorumaq xatirinə üzrxahlıq etməsini istəyirlər. Simonyanı isə nəinki Sarkis Tsaturyanın “döyüşkən erməni xalqı” barədə dediklərini təsdiq etmir və hətta açıq şəkildə ermənilərin 50 ildən sonra belə “qələbə” üzünə həsrət qalacaqlarını bəyan edir.

Təbii ki, ölkə spikerindən belə münasibət görən ermənilər, Cənub Hərbi Dairəsinin komandan müavini Rüstəm Muradovun söylədiyi “...erməni əsirlərin qaytarılması məsələsi tamamilə bağlanmalıdır” ifadəsində qeyri-adi heç nə görmədiklərini tiraf etmək məcburiyyətində qalırlar.

Məlum məsələdir ki, adətən səviyyəsiz bir tamaşa seyrçiləri çox vaxt teatr binasını tamaşa bitməmişdən əvvəl tərk edirlər. Məhz bu mənada, yox şəraitdə erməni vətəndaş kimi nə etməlidir?

Təbii ki, onlar ölkədən qaçmağı, özü də nə vaxtsa Azərbaycanın ayağa qalxıb torpağını geri alacağını başa düşüb aradan çıxan Sarkis Tsaturyanın sığındığı Rusiyaya üz tutmağı yeganə çıxış yolu kimi görürlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...