Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və NATO ölkələrinin Rusiya sərhədlərinə yaxın Qara dənizdəki fəaliyyətləri ilə əlaqədar yazılı şərh paylaşıb...

SİA xəbər verir ki, Rusiya Qara dənizdə “təhrikedici hərəkətlərə yol verdiyi üçün” Amerika Birləşmiş Ştatlarına nota verdi.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ və NATO ölkələrinin Rusiya sərhədlərinə yaxın Qara dənizdəki fəaliyyətləri ilə əlaqədar yazılı şərh paylaşıb.

Məlumatda bildirilir: “NATO-ya aid "CL-600" tipi kəşfiyyat təyyarəsi 3 dekabrda Qara dənizin açıq sularında 9200 metr yüksəklikdə sərnişin təyyarələri üçün təyin olunan hava yolu üzərindən uçub.

NATO və ABŞ-ın Rusiya sərhədləri boyu icra etdikləri hərbi fəaliyyətlər artmaqdadır.

ABŞ və NATO müttəfiqlərinin hərbçiləri sərhədlərimizi qoruyan sistemləri testetmə cəhdlərindən sərnişin təyyarələri yoluna qədər təhrikedici hərəkətlər etməyə başlayıb. Bu, hava sahəsi və insan həyatına təhlükə yaradır. Belə təhrikedici hərəkətlərinə görə ABŞ-ın Rusiya Səfirliyinə bu cür uçuşların təhlükəli nəticələrə gətirib çıxara biləcəyinə dair nota verdik.

NATO ölkələrinin bu cür fəaliyyətləri qəbul edilməzdir və 1944-cü il tarixli Çikaqo Beynəlxalq Sərnişin Aeronavtika Konvesiyasının təməl uçuş prinsiplərini pozur.”

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...