Kubada "omicron" ştamına yoluxma aşkarlanıb

Kubalı həkimlər yerli vətəndaşlardan birində koronavirusun Omicron ştamı aşkar ediblər.

SİA xəbər verir ki, bu barədə yerli ACN portalı məlumat yayıb.

Bildirilib ki, ölkənin qərbində yerləşən Pınar del Rio əyalətində yaşayan şəxs noyabrın 27-də ezamiyyətdə olduğu Mozambikdən gəlib.

Ertəsi gün qızdırma və boğaz ağrısı şikayətləri ilə həkimlərə müraciət edib. Koronavirus üçün test verib və cavabı müsbət olub. Yoluxmuş şəxs xəstəxanaya yerləşdirilib. Əlavə araşdırmalardan sonra həkimlər həmin kişidə Omicron ştamının olduğunu təsdiqləyiblər.

Xəstə ilə təmasda olan ən azı 16 nəfər təcrid olunub.

Rəsmi məlumatlara görə, pandemiyanın başlanğıcından indiyədək Kubada 963 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb, 8 311 nəfər ölüb, 954 mindən çox xəstə sağalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə