2050-ci ilə qədər ABŞ-da tullantılar olmayacaq?

ABŞ prezidenti Cozef Bayden federal hökuməti 2050-ci ilə qədər istixana qazı tullantılarını sıfıra endirməyə məcbur edən fərman imzalayıb.

SİA-nın məlumatına görə, müvafiq sənəd Ağ Ev tərəfindən dərc olunub.

Eyni zamanda, federal hökumət 2030-cu ilə qədər karbon qazı tullantılarını 65 faiz azaltmalıdır. Sənəddə bildirilib ki, hakimiyyət 2027-ci ilə qədər minik nəqliyyət vasitələri arasında yalnız elektrik enerji ilə işləyən avtomobillərin alınmasına başlamalı və 2035-ci ilə qədər yalnız elektrik enerji ilə işləyən avtomobillərin alınmasına keçməlidir.

Hökumət, həmçinin federal binaların enerji səmərəliliyini artırmalıdır. Ümumilikdə Amerika hökumətinə 600 minə yaxın avtomobil və 300 min binas məxsusdur.

İstixana qazı tullantılarını sıfıra endirməyinə keçmək üçün hər il dövlət satınalmalarıa ayrılan 650 milyard dollar istifadə edilməlidir. Həmin vəsait ölkənin enerji sistemində təmiz elektrik enerjisinin həcminin artırılmasına sərf olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə