“Koronavirusun bu yaxınlarda müəyyən edilmiş Omicron variantı qlobal iqtisadiyyatın bərpasını ləngidəcək”.
SİA xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) baş direktoru Nqozi Okonjo-İveala “Politico Europe” nəşrinin təşkil etdiyi onlayn konfrans zamanı deyib.
ÜTT rəhbəri yeni ştamın təsirinin əsas səbəbi koronavirus peyvəndlərinə qeyri-bərabər çıxışı göstərib: “Əgər biz bu problemi həll etmək üçün çox səy göstərməsək, son nəticədə dünyada davamlı iqtisadi canlanma üçün həqiqətən də böyük risk yaradacaq çətinliklərlə üzləşməyə davam edəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB