İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən “omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.
SİA xəbər verir ki, Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.
Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB