Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə Soçi şəhərində reallaşan görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edən V.Putin deyib... SİA bu barədə rus mətbuatına istinad edir.
Rusiya prezidenti Vladimir Putin Amerika Birləşmiş Ştatlarının prezidenti Co Bayden (Joe Biden) ilə 7 dekabrda quruluşçu görüş keçirdiklərini və Rusiya ilə ABŞ arasında təhlükəsizlik mövzularını müzakirə edəcək ortaq qərarı aldıqlarını söylədi.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis ilə Soçi şəhərində reallaşan görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında çıxış edən V.Putin deyib: “ABŞ prezidenti Co Bayden ilə quruluşçu bir görüş keçirdik. Sanıram ABŞ tərəfi də görüşü bu şəkildə qiymətləndirir. Mühüm olan görüşlər keçirə bilməyimizdir. Rusiya ilə ABŞ arasında təhlükəsizlik mövzularını müzakirə etmək üçün ortaq bir fikrə gəldik”.
Rusiyanın Ukraynaya hücum planı olub-olmadığına dair suala Putin belə cavab verib: "Bu, təxtibatçı sualdır. Rusiya sülhpərvər xarici siyasət güdür. Ancaq təhlükəsizliymizi möhkəmlətmə haqqımız var. Bunu ortaqlarımızla, ABŞ prezidenti Co Baydenlə də müzakirə etdik və edirik.
Ukraynanın NATO-ya qatılma istəyindən narahat deyilik. NATO-ya girsə, sonra Ukraynaya bizim üçün təhdid yaradacaq silah sövqiyyatı başlayacaq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB