Fransada Milad bayramı zamanı terror aktı planlaşdıran iki nəfər saxlanılıb. SİA xəbər verir ki, bu barədə BFMTV istintaqa yaxın mənbələrə istinadən məlumat yayıb.
"Onlar insanların sıx olduğu yerlərdə bıçaqla ətrafdakıları öldürməyi planlaşdırırmışlar", deyə məlumatda qeyd olunur.
Qeyd olunur ki, noyabrın 29-da İle-de-Fransa metropolitenində 23 yaşlı iki kişi nəzarətə götürülüb. Dekabrın 3-də antiterror prokurorluğu tərəfindən aparılan ibtidai istintaq çərçivəsində onlara qarşı ittiham irəli sürülüb və həbs edilib.
Saxlanılanlar ticarət mərkəzlərində, universitetlərdə, izdihamlı küçələrdə hücumlar planlaşdırmaqda şübhəli bilinirlər. Kanalın məlumatına görə, onlardan biri bunu etiraf edib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB