Moskvada atışma olub - 2 ölü, 4 yaralı

Moskvadakı Çoxfunksiyalı Dövlət Xidmətləri Mərkəzində baş verən atışma nəticəsində iki nəfər həlak olub. SİA xəbər verir ki, Rusiya paytaxtının “Ryazansk” rayonundakı mərkəzdə 45 yaşlı Sergey Qlazqov mərkəzin girəcəyində odlu silahdan atəş açaraq mühafizəçini və qadın əməkdaşı öldürüb. Hadisə nəticəsində daha 3 nəfər, o cümlədən 10 yaşlı qız yaralanıb.

Atəş açan şəxs polkovnik-leytenant rütbəsi daşımış keçmiş hərbçidir.

Bütün xəbərlər Facebook səhifəmizdə