3-5 yaşında uşaqlar da peyvənd olunacaqlar - DİQQƏT!

Çili prezidenti Sebastian Pinera 3-5 yaş arası uşaqların Covid-19-a qarşı peyvənd ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, Çinin istehsal etdiyi "CoronaVac" ilə 3-5 yaş arası uşaqlar peyvənd olunmağa başlayacaq. Peyvəndi "təhlükəsiz və təsirli" olaraq xarakterizə edən Pinera, uşaqların 28 gün ərzində peyvənd olunacağını söyləyib. Pinera çıxışında qeyd edib: “Bu peyvənd uşaqları və onların ailələrini qoruyur. Peyvənd uşaqlara təhlükəsiz oyun oynamağa imkan yaradacaq".

Qeyd edək ki, Çilidə 18 yaşdan yuxarı əhalinin 91 faizi peyvənd olunub.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə