İsveçdə koronavirusa qarşı yeni məhdudiyyətlər

Artıq bu gündən İsveçdə əlverişsiz epidemioloji vəziyyətlə əlaqədar olaraq koronavirusa qarşı məhdudiyyətlər tətbiq edilib.

SİA xəbər verir ki, bu barədə İsveçin səhiyyə naziri Lena Hallenqren bildirib.

Nazirin sözlərinə görə, məhdudiyyətlər üç mərhələdə tətbiq olunacaq. Birinci mərhələdə ictimai nəqliyyatda maskaların məcburi taxılması tələb ediləcək, əhalinin bir hissəsi məsafədən iş rejiminə keçəcək. Daha sonra tələbələrin bir hissəsi universitetlərdə distant təhsilə keçəcək, futbol matçlarına qatılmaq qadağan olunacaq. Son mərhələdə restoranların iş saatları məhdudlaşdırılacaq və vətəndaşlara böyük izdihamdan çəkinmələri tövsiyə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...