Ölkəyə gələn əcnəbilərə karantin tətbiq edilir

Braziliyada ölkəyə gələn və yeni növ koronavirus infeksiyasına qarşı peyvənd olunmayan əcnəbilərdən beş gün karantində qalmalarını tələb olunacaq.

SİA xəbər verir ki, bunu səhiyyə naziri Marselu Keyroqa bildirib.

O bildirib ki, koronavirusun yeni omikron ştammının ölkə səhiyyə sistəminə mümkün təsirləri tam ciddiyətiylə araşdırılmayıb.

"Ölkəyə daxil olan və koronavirusa qarşı vaksinasiyadan keçməyənlərdən 5 gün müddətində karantində qalmalarını tələb edəcəyik. Bundan sonra onlar test verə biləcək və onun cavabı mənfi olduqda ölkəmizə gələn əcnəbi turistlər Braziliyanın gözəlliklərinən zövq almaq imkanı qazanacaq", - deyə nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə