Hindistan yeni zenit raketini sınaqdan keçirib

Hindistan hərbi dəniz qüvvələri üçün hazırlanmış yeni qısa mənzilli “yer-hava” raketini uğurla sınaqdan keçirib.

SİA xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı tərəfindən Odişa ştatının sahillərində uğurlu uçuş sınaqları keçirilib. Sınaqlar şaquli buraxılış qurğusundan həyata keçirilib”, – məlumatda deyilir.

Müdafiə Nazirliyi qeyd edir ki, bu sınaq buraxılışı bütün komponentlərin, o cümlədən şaquli buraxılış qurğusunun və silahlara nəzarət sisteminin işini kompleks yoxlamaq məqsədilə həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə