Səhiyyə işçiləri məcburi vaksinasiyaya qarşı etiraz edirlər

Belçikada minlərlə insan səhiyyə işçilərinin koronavirusa qarşı məcburi vaksinasiya qərarına etiraz edərək, ölkə paytaxtının mərkəzində yürüş keçiriblər.

SİA xəbər verir ki, nümayişlərdə tibb müəssisələrinin dörd minə yaxın işçisi iştirak edir. Onlar əllərində plakatlar və müxtəlif şüarlarla qəbul edilən qərara etirazlarını bildirir. Etirazçılara yanğınsöndürənlər də qoşulub.

Qeyd edək ki, Belçikada yanvarın 1-dən koronavirusa qarşı peyvənd almaqdan imtina edən tibb işçiləri işdən çıxarılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə