Vaksinin 2-ci və 3-cü dozası arasında interval azaldılıb

Norveçdə koronavirusa qarşı vaksinin 2-ci və 3-cü dozası arasında interval azaldılıb.

SİA-nın xəbərinə görə, 45 yaşından yuxarı şəxslərə, səhiyyə və sosial xidmət sahələrində çalışan şəxslərə peyvənd 5 ay fasilə ilə vurulacaq. Bundan əvvəl 65 yaşdan yuxarı şəxslərdə sözügedən interval azaldılmışdı. Aprelin 17- ə qədər Norveçdə hər kəs vaksinin 3-cü dozasını vurdura bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə