İtkin düşən erməni hərbçilərin yaxınları aksiya keçirib

Dekabrın 7-də Ermənistan ordusunun əsir və itkin düşmüş hərbçilərinin yaxınları ölkə hökumətinin binası qarşısına toplaşıb. Etiraçılar parlamentin spikeri Alen Simonyandan dərhal onların yanına gəlib dediklərini izah etməyi tələb ediblər. SİA bu barədə erməni mətbuatına istinad edir.

Qeyd edək ki, A.Simonyanın əsirlərlə bağlı qalmaqallı açıqlamaları toplaşanları hiddətləndirib. Belə ki, bir müddət öncə sosial şəbəkələrdə spikerin bu əsirlərin artıq onun üçün mövcud olmadığını (çox güman ki, bu il noyabrın 16-da əsir götürülən bir qrup hərbi qulluqçu nəzərdə tutulur – red.) bəyan etdiyi videosu yayılıb. A.Simonyanın sözlərinə görə, sözügedən hərbçilər silahlarını yerə ataraq qaçıb və azıblar. Nəticədə də əsir düşüblər.

Etirazçılar spikerdən sözlərinə görə izahat tələb ediblər və bildiriblər ki, əgər A.Simonyan onların qarşısına çıxmasa, radikal tədbirlərə əl atacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə