Bayden-Zelenski danışıqlarının vaxtı məlum olub

ABŞ və Ukrayna prezidentləri Cozef Baydenlə Volodimir Zelenski arasında telefon danışığının olacağı nəzərdə tutulur.

SİA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

Rusiya və Amerika liderləri Vladimir Putinlə Cozef Bayden arasında baş tutan videokonfransa dair keçirdiyi birifinqdə köməkçi deyib ki, Bayden dekabrın 9-da Ukrayna lideri Vladimir Zelenski ilə danışacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB