Alman poliqonunda qəza... iki nəfər ölüb

Almaniyanın şimalında Aşağı Saksoniya federal əyalətində yerləşən Bergen hərbi poliqonunda təlim zamanı baş verən hərbi texnikanın toqquşması nəticəsində iki nəfər ölüb.

SİA xəbər verir ki, döyüş tankının digər texnikayla toqquşması nəticəsində iki hərbi qulluqçu ölümcül yaralanıb. Hadisənin təfərrüatları araşdırılır. Ölkənin Müdafiə Nazirliyi həlak olanların ailələrinə başsağlığı verib və planlaşdırılan tədbirləri təxirə salıb.

Qeyd edək ki, sahəsi təxminən 25 min hektar olan Bergen poliqonu Avropanın ən böyük hərbi poliqonlarından biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə