“Qətər həmişə Türkiyənin yanında olub"

Qətərin paytaxtı Dohada Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvə Komandanlığına gedən Ərdoğan burada etdiyi çıxışında deyib...

SİA xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Körfəz xalqlarının hamısını doğma qardaş olaraq gördüklərini ifadə edərək "Körfəz ölkələriylə əməkdaşlığımızı bu anlayışla qarşılıqlı maraq və hörmət təməlində irəlilətməyə çalışırıq" dedi.

Qətərin paytaxtı Dohada Qətər-Türkiyə Birləşmiş Müştərək Qüvvə Komandanlığına gedən Ərdoğan burada etdiyi çıxışında deyib: “Qəhrəman ordumuz əsrlərdir və bu gün də 3 qitə 7 iqlimdə özünə verilən vəzifələri lazım olduğunda canı bahasına yerinə yetirir. Silahlı Qüvvələrimiz “Ölsəm şəhid, qalsam qazi” şüarıyla ölkəmiz və dünyanın dörd bir tərəfində sülhə, sabitliyə və təhlükəsizliyə xidmət edir.

Türkiyə və Qətər birlikdə bütün körfəz bölgəsinin dinclik və sağlığına böyük əhəmiyyət verir. Bu torpaqlarda əsla gərginlik, qarşıdurma və kədər görmək istəmirik. İstər yeraltı qaynaqları, istərsə ticarət baxımından böyük potensiala malik bu gözəl coğrafiyanın qardaşlıqla, həmrəyliklə gündəmə gəlməsini və hər sahədə inkişafını arzu edirik.

Hansı mənşə və məzhəbdən olursa olsun, Körfəz xalqlarının hamısı bizim doğma qardaşlarımızdır. Körfəz ölkələriylə əməkdaşlığımızı bu anlayışla qarşılıqlı maraq və hörmət təməlində irəlilətməyə çalışırıq.

Dini, tarixi, mədəni və köklü bəşəri bağlarımızın olduğu Qətərin millətimizin könlündə fərqli bir yeri var. Başda 15 İyul (2016) qanlı çevriliş cəhdi olmaqla qətərli qardaşlarımızın millətimizlə sərgilədiyi həmrəyliyi əsla unutmuruq.

Qətər Türkiyə iqtisadiyyatına qarşı spekulyativ hücumlarda da daim bizim yanımızda olub və ölkəmizə duyduğu etibarı göstərib."

Bütün xəbərlər Facebook səhifəmizdə