Barselona Sazişi tərəfdarları Antaliyada

Barselona Sazişi adlandırılan Aralıq dənizinin Çirklənməyə Qarşı Qorunma Müqaviləsinin 22-ci Tərəflər Konfransı (COP-22) Türkiyənin ev sahibliyi ilə Antaliyada reallaşdırılır.

SİA xəbər verir ki, Barselona Sazişi tərəfdarı olan ölkələrin nazirləri, rəsmi nümayəndələri, qeyri-hökumət təşkilatları və alimlər COP-22 Konfransında Aralıq dənizindəki çirklilik, bioçeşidlilik itkisi, yabanı növlər və iqlim dəyişikliyi mövzularını müzakirə etmək üçün Antaliyada bir araya gəlib.

Ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum açılışda etdiyi çıxışında deyib: “İtaliya Ekolodiya Nazirliyinin səlahiyyətli nümayəndəsi Karlo Zaqinin (Carlo Zaghi) icra etdiyi Barselona Sazişi Bürosu Türkiyəyə təhvil verildi. Zaqi və İtaliya hökumətinə missiyaları dövründə Aralıq dənizinin qorunması üçün göstərdikləri xidmətə görə təşəkkür edirik. Qarşıdakı 2 illik müddətdə Türkiyə İtaliyanın qoyduğu yerdən bayrağı götürərək hər kəsin ortaq dəyəri olan Aralıq dənizi üçün işləri qərarlı şəkildə icra edəcək.

Daha yaxşı bir ətraf mühit, daha yaxşı bir təbiət və daha yaxşı bir Aralıq dənizi üçün addımlarımızı ağır şəkildə basmalıyıq.

Biz Türkiyə olaraq ölkəmizin quru suları və sahillərinə dair uzunvədəli qoruma işlərimizin “2053-cü il Mavi Planı”na uyğun hərəkət edirik.

COP-22-in açılışına onlayn bağlanan Karlo Zaqi də çıxışında bu sözləri söyləyib: “İçindən keçdiyimiz çətin müddətdə Birləşmiş Millətlər Təşkilatı Ətraf Mühit Proqramı (UNEP) çərçivəsində təmiz bir Aralıq dənizi ortaya çıxara bilərik. Bu yolda Türkiyə hökumətini təbrik edir, bol uğurlar diləyirəm.”

Bütün xəbərlər Facebook səhifəmizdə