Putin və Baydenin danışıqları iki saat davam edib

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında keçirilən görüş başa çatıb.

SİA nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, videokonfrans formatında keçirilən Putin-Bayden danışıqları 2 saat davam edib.
Görüşdən yalnız liderlərin bir-birilərini salamlaması kadrları yayılıb.

****

19.39

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.

SİA-nın Moskva müxbirinin “Rossiya24” kanalına istinadən verdiyi məlumata görə, Putin-Bayden danışıqları videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ Prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə