Burundidə dəhşətli yanğın baş verib

Burundi Respublikasının mərkəzində yerləşən həbsxanada yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş verən yanğında onlarla məhbus faciəvi şəkildə ölüb. Yerli vaxtla səhər saat 4 radələrində baş verən yanğın nəticəsində 38 nəfərin öldüyü, 69 nəfərin yaralandığı və yaralıların vəziyyətinin ağır olduğu açıqlanıb.

Qeyd edək ki, yanğının elektrik dövrəsindəki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə