Argentinada ilk "Omikron" virusu aşkarlandı

Koronavirusun son variantı olan "Omikron" mutasiyası ilə bağlı ilk hal Cənubi Amerika ölkəsi Argentinada aşkarlanıb. SİA xarici mətbuata istinadən bildirir ki, dünyada sürətlə yayılan koronavirus epidemiyasında "Omikron" mutasiyasının narahatlığı davam edir. Cənubi Afrikadan Argentinanın San Luis əyalətinə gələn 38 yaşlı sərnişində koronavirusun "Omikron" mutasiyası aşkar edilib. Adı açıqlanmayan və peyvəndi tam olan xəstə Argentinaya gəldiyi gündən karantindədir.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə