Danışmağı sevən Nikolun susqunluğu...

...Erməni saytlarının yazdığına görə, ötən gün baş nazir Nikol Paşinyan Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib. Verilən məlumatlara görə, şuranın bu dəfəki işlasının özəlliyi tədbirə qatılanlar arasında Təhlükəsizlik Şurasına üzv olmayan şəxslərin də iştirak etməsi və bir də adətən belə iclaslarda danışmağı sevən Nikolun bu dəfə çox az, özü də könülsüz danışması olub.

Beləliklə, şuranın içlasından sonra erməni jurnalistlərə açıqlama verən parlamentin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan onlara narahaçılıq üçün heç bir əsas olmadığını bildirib.

Belə ki, əvvəllər “DJ” olmuş komissiya sədri Nikolun nüfuzunu erməni yazarlar arasında qaldırmaq üçün bir az “basıb-kəsməyindən” də qalmayıb. Məsələn, Eduard jurnalistlərə deyib ki, bu gün Nikolun rəhbərliyi altında aparılan “savadlı erməni siyasəti artıq Azərbaycanı “küncə sıxışdıraraq” onu “beynəlxalq təcridə” salıb. Yəni, onun dediyindən belə başa düşülüb ki, “...həmişə olduğu kimi, bu dəfə də qələbə ermənilərlədir.

Bundan əlavə, Edvard içladın qapalı olduğu səbəbindən, iclasda müzakirəyə çıxarılan nəsələlər barədə heç nə deməyəcəyini bəyan edib.

...Və sonra o, “əhdinə xilaf çıxaraq” gündəmdə sərhədin delimitasiyası və demarkasiyası üzrə komissiyanın yaradılması məsələsi olduğunu bildirib.

Təbii ki, erməni jurnalistlər Edvardın üyütdüyü yalanları doğru kimi sırımağa çalışmasına baxmayaraq, onlar komissiya sədrinin iclasda müzakirəyə çıxarılan bəzi məsələləri gizlətdiyini çox yaxşı anlayıblar. Məsələn, onun açıqlamaları zamanı erməni xalqının “çətin proses”lə üzləşdiyi fikrini səsləndirməsini, jurnalistlər təbii ki, bu “çətin proses”lə erməni xalqının yox, məhz erməni rəhbərliyinin qarşılaşdığını da yaxşı başa düşürlər.

Amma maraqlıdır ki, bu dəfə erməni yazarlar Nikolun “əlimyandıda” Təhlükəsizlik Şurasının növbəti içlasını toplamasını Prezident İlham Əliyevin Azərbaycanın şimal bölgəsinə səfəri ilə eyni vaxta düşdüyünü təsadüf kimi qəbul etmək istəmirlər. Onlar hətta Azərbaycan Prezidentinin şimal bölgəsində sadə xalqla görüşü zamanı səsləndirdiyi “...Ermənistan “Zəngəzur dəhlizi”nin açılış tarixini deməlidir, bundan sonra heç bir problem olmayacaq” fikrini də elə-belə xatırlatmayıblar.
O da maraqlıdır ki, erməni junalistlər Nikol və onun ətrafındakılarına İlham Əliyevin hələ müharibə zamanı dediyi “qoşunlarınızın çıxarılması tarixini deyin və biz dayanacağıq” sözlərini xatırladıb, Azərbaycan rəhbərinin verdiyi sözünə sadiqliyini bir daha öz başbilənlərinin yadına salırlar.

... “Zəngəzur dəhlizi”nin açılmasını pozmağa çalışacaqsansa, onda özünü günahlandır”. Qeyd edək ki, Azərbaycan Prezidentinin səsləndirdiyi bu fikirlər bu gün erməni rəhbərliyinin yuxusunu yenidən ərşə çəkib.

İndi erməni jurnalistlər öz başbilənlərinə sual edirlər...əgər, doğrudan da, Nikolun rəhbərliyi altında aparılan savadlı erməni siyasəti Azərbaycan hakimiyyətini belə küncə sıxıbsa, bəs onda İlham Əliyev hansı əsasla Nikoldan “Zəngəzur dəhlizi”nin açılış tarixini söyləməyi tələb edir?

...İndi Eduard Ağacanyanın Nikol Paşinyanı “təxtə mindirmək” üçün yalan damışmağa məcbur edilməsiylə deyil axı.

...Məncə, dövlət iclaslarında danışıb proqnozlar verməyi xoşlayan baş nazirin Təhlükəsizlik Şurasının son içlasında sakitcə oturub danışmaq istəməməsi də başadüşüləndir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə