"YouTube" sayəsində 1 milyondan çox pul qazandı

12 yaşlı qız "YouTube"dan öyrəndikləri ilə 1,6 milyon dollar qazanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 4 yaşından rəsm çəkməyə başlayan Hayes valideynlərinin aldığı telefon və planşet ilə rəqəmsal rəsmlər çəkməyə başlayıb. Daha sonra "YouTube" videolarına baxaraq "NFT" yaratmağı öyrənən Hayes, “Long Neckies“ seriyasından olan rəsmlərini satışa çıxarıb. Mart ayında satışa çıxarılmış 75 əsərdən 51-ni satan Hayesin rəsmləri "NFT" həvəskarları arasında qısa zamanda məhşurlaşıb. Bu günə qədər onun çertyojları bugünkü qiymətlə 6,1 milyon dollara çatıb.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...