Türkiyədə gənc ana qaynaqçı işləyir - FOTOLAR

Türkiyədə gənc qadın sənayedə işə başlayıb. SİA xarici mətbuata istinadən bildirir ki, universiteti bitirdikdən sonra müxtəlif işlərə üz tutan, lakin etmək istədiyi işi tapa bilməyən Zəhra Özkaynakçı axtardığı işi sənayedə tapıb. Türkiyənin Sivas şəhərinin mərkəzində yerləşən sənaye binasında 1 ildir metal işi ilə məşğul olan 28 yaşlı, bir uşaq anası Zəhra ustalığı ilə müştərilərini təəccübləndirir. Atelyesində qaynaq, dəmir əymək və müxtəlif əl işləri ilə məşğul olan gənc ana öz işindən məmnun olduğunu və qadınların da hər işi görə biləcəyini bildirib.

Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə