Baş nazir polis geyimində təftiş etdi

Böyük Britaniyanın baş naziri Boris Conson maraqlı üsulla narkotik alverçilərinin axtarışına çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Conson özünü polis kimi təqdim edən narkotik polisi ilə ümummilli narkotik nəzarətinə qoşulub. Məlumatlara görə, ölkədə 300 mindən çox cinayətin narkotik istifadəçiləri tərəfindən törədildiyinin üzə çıxdığını bildirən Conson, “Reabilitasiyanı artırmalıyıq. Narkotik cinayətkarların həyatı xaotikdir və onları buradan çıxarmalıyıq. Onları yaxalayanda biz onları hər zaman həbs edə bilmərik, biz bu narkomanları reabilitasiya etməliyik. Biz hamının təhlükəsiz cəmiyyətdə yaşamasını istəyirik” deyib.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...