Pentaqon Konqresdən yeni hücum dronlarının hazırlanması üçün vəsait istəyəcək
Pentaqon ABŞ Konqresindən yeni hücum dronlarının hazırlanması ilə bağlı iki məxfi proqram üçün vəsait istəmək niyyətindədir.
SİA xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin rəhbəri Frenk Kendall “Politico” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, söhbət F-22 və ya F-35 kimi qırıcılarla birlikdə işləmək üçün nəzərdə tutulmuş pilotsuz platformalardan gedir.
Bütün xəbərlər Facebook səhifəmizdə