Tramp prezidentlik fəaliyyəti ilə bağlı memuar yazır

ABŞ-ın keçmiş prezidenti Donald Tramp dövlət başçısı kimi dörd illik fəaliyyətini əks etdirən memuar (xatirə) yazdığını bildirib.

SİA-nın məlumatına görə, Tramp bu barədə bazar ertəsi “Newsmax TV”yə müsahibəsində deyib.

"Bəli, mən xatirələrimi yazıram. Görəcəksiniz, bu, çox güclü bir şey olacaq", deyə eks-prezidnet vurğulayıb.

Tramp əlavə edib ki, onun işıq üzü görəcək kitabı naşirlər tərəfindən böyük maraq doğurub.

Lakin ABŞ-ın 45-ci prezidenti öz xatirələrinin dərc olunma vaxtını, eləcə də orada işıqlandırılacaq mümkün mövzular barədə danışmayıb.

Qeyd edək ki, D.Tramp 2017-2021-ci illərdə ABŞ prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...