Rusiya Hindistanla birgə avtomat istehsal edəcək

Rusiya və Hindistanın müdafiə nazirləri Sergey Şoyqu və Rajnas Sinqhin Dehlidə keçirilən görüşü çərçivəsində ölkələr arasında 600 mindən çox AK-203 avtomatının birgə istehsalına dair müqavilə imzalanıb.

SİA bu barədə rus mətbuatına istinad edir.

Qeyd olunub ki, silahlar Hindistanın Korva şəhərindəki zavodda istehsal olunacaq. Sövdələşmənin məbləği açıqlanmayıb, lakin “Hindustan Times”a görə, müqavilənin dəyəri 677 milyon ABŞ dollarından çox ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...