İtaliyada koronavirusla bağlı tələblər sərtləşdirilir

Bazar ertəsindən etibarən İtaliyanın hər yerində “super-COVID sertifikatı” ilə bağlı qaydalar işə düşür. SİA bu barədə rus mətbuatına istinad edir.

Hökumətin daha əvvəl qəbul etdiyi qərara görə, söhbət restoran, kinoteatr, teatr, gecə klubları kimi ictimai yerlərdə peyvənd və ya koronavirusdan sağalma sertifikatı əsasında “super keçid”in təqdim edilməsinin zəruriliyindən gedir.

Bundan əlavə, hər hansı bir ictimai nəqliyyatdan istifadə zamanı sertifikat vacibdir.

“Super keçid” regionun epidemiya risklərinin dərəcəsini müəyyən edən rəngindən asılı olmayaraq ən azı yanvarın 15-dək hər yerdə tətbiq ediləcək.

İtalyan QR kodları yalnız Aİ-də tanınan preparatları üçün peyvənd sertifikatı ilə bağlıdır. Rusiya və ya Çin preparatları ilə vaksin olunduqda isə, peyvənd dövrü bitdikdən sonra altı aydan gec olmayaraq üçüncü buster dozanı vurdurmaq vacibdir.

“Yaşıl keçid” qaydaları ancaq 12 yaş və yuxarı yaşı olan məktəblilərə şamil edilir. Onlar bu sənəd olmadan məktəbə gedə bilsələr də, ictimai nəqliyyatdan istifadə edə bilməzlər.

Bütün xəbərlər Facebook səhifəmizdə