Nyu-Yorkda vaksinasiya məcburi oldu

Nyu-Yorkda özəl sektor işçiləri üçün vaksinasiya məcburi elan edilib. SİA bu barədə rus mətbuatına istinad edir.

Şəhər meri Bill de Blasio bildirib ki, koronavirusun “Omikron” ştammının ortaya çıxması fonunda işəgötürənlər öz əməkdaşlarından COVID pasportu tələb etməli olacaqlar.

Merin sözlərinə görə, bu tədbir dekabrın 27-dən qüvvəyə minəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə